Naxçıvan Duz İstehsalı müəssisəsinin fəaliyyəti bə...
18:08 29.04.2026
0
0
0
Bayramla əlaqədar tətil günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
"Şərq qapısı" xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birtliyindən verilən məlumata görə, respublika üzrə təcili tibbi yardım xidmətinə qeyri-iş günlərində (31.12.2025 - 04.01.2026-cı il tarixlərində) ümumilikdə 27 min 779 çağırış daxil olub. Onlardan 14 min 449-u paytaxt Bakı, 13 min 330-u isə bölgələr üzrə qeydə alınıb.
Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən ümumilikdə 2 min 193 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. Hospitalizasiya olunanlardan 1 077-si Bakı, 1 116-sı isə bölgələr üzrə olub.
Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə ən çox çağırış yanvarın 1-də Bakı şəhəri üzrə qeydə alınıb. Qeyd olunan tarixdə müraciət sayı gün ərzində 3 min 101 təşkil edib ki, bu da son illərin müraciət sayı ilə müqayisədə rekord göstərici hesab olunur.
Digər xəbərlər