NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Batumi şəhərinin əsas küçə və meydanları Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

...

Acarıstan Muxtar Respublikasının Batumi şəhərinin əsas küçə və meydanları Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar Azərbaycanın üçrəngli bayrağının rəngləri ilə işıqlandırılıb.
"Şərq qapısı" xəbər verir ki, Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşəbbüsü ilə şəhərin Əlifba qülləsi, Mərkəzi idman stadionu, Qəhrəmanlar xiyabanı və yaxınlıqdakı körpü axşam saatlarında Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Bu mənzərə Batumi sakinləri və şəhərin qonaqları tərəfindən maraqla qarşılanıb.
Konsulluğun əməkdaşları, Azərbaycan şirkətlərinin nümayəndələri, azərbaycanlı tələbələr və soydaşlarımız bayramı geniş sevinclə qeyd ediblər.

Nəşr edilib : 09.11.2024 21:52