Ötən ay yaşa görə aylıq sosial müavinət alanların ...
12:24 06.10.2026
0
0
0
Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik rabitə xəttinin oktyabr ayında istifadəyə verilməsi planlaşdırılır. Layihə çərçivəsində artıq Sumqayıt sahilindən Aktau sahilinə qədər 390 kilometr kabel çəkilib.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Qazaxıstanın Baş nazirinin müavini, süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev hökumətin iclasında deyib.
O bildirib ki, yeni Aktau-Sumqayıt marşrutu Qazaxıstan və Azərbaycanın rəqəmsal infrastrukturunu birləşdirəcək, Asiya ilə Avropa arasında birbaşa, yüksəksürətli məlumat ötürmə dəhlizinə çevriləcək. Layihə beynəlxalq rabitənin etibarlılığını artıracaq və iki ölkənin tranzit potensialını gücləndirəcək.
Digər xəbərlər