NAXÇIVAN :

24 Sentyabr 2026, Cümə axşamı

Baş nazir: Ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 milyard dollar təşkil edir

...

Qlobal risklərə baxmayaraq cari ilin ötən dövründə ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub və əsas makroiqtisadi göstəricilərimiz dayanıqlıdır. Ümumilikdə, neft-qaz sektoru üzrə hasilatın və artım tempinin azalması şəraitində iqtisadi artım təmin olunub. 2026-cı ilin yanvar-avqust aylarında ÜDM real ifadədə 1,2 faiz artıb, o cümlədən qeyri neft-qaz ÜDM-nin real artımı 2,1 faiz, neft-qaz ÜDM-də isə 0,8 faiz azalma olub. Əsas kapitala yönəldilmiş investisiyalar 10 faiz artıb.

"Şərq qapısı" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, 2027-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozlarının müzakirəsi zamanı deyib.

“Hazırda ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 milyard dollar təşkil edir. Bu göstərici xarici dövlət borcunu 20 dəfəyə yaxın üstələyir. Birbaşa xarici dövlət borcumuzun səviyyəsi 1 sentyabr tarixinə 4,5 milyard dollar olmaqla proqnoz ÜDM-in 5,6 faizini təşkil edir. 2026-cı ilin 8 ayında xarici ticarət balansının müsbət saldosu 10 milyard dollardan çox olub”, - deyə Baş nazir bildirib.

Nəşr edilib : 24.09.2026 17:05