Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prez...
13:04 22.04.2026
0
0
0
Azərbaycan ekologiyanın qorunması və iqlim dəyişikliyi ilə mübarizə məsələlərinə milli və beynəlxalq dayanıqlı inkişaf gündəliyinin ayrılmaz tərkib hissəsi kimi baxaraq, bu sahəyə böyük önəm verir.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Qazaxıstanın Astana şəhərində təşkil olunan Regional Ekoloji Sammitdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu kontekstdə BMT-nin iqlim konfransının - COP29-un Bakıda keçirilməsi ölkəmizin qlobal iqlim gündəliyinin əsas məsələləri üzrə beynəlxalq səylərin birləşdirilməsinə ən mühüm töhfəsi olub.
“Əminik ki, builki sammitin yekunları praktiki təşəbbüslərin hazırlanmasına və ətraf mühitin mühafizəsi sahəsində regional əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək. İqlim dəyişikliyi və şirin su çatışmazlığ ilə bağlı yaranan qlobal çağırışların kəskinləşdiyi bir şəraitdə, su təhlükəsizliyi məsələləri beynəlxalq gündəmdə prioritet əhəmiyyət kəsb edir”, - deyə Baş nazir bildirib.
Digər xəbərlər