NAXÇIVAN :

14 Mart 2025, Cümə

Baş nazir: 2024-cü ildə əhalinin hər nəfərinə düşən ÜDM 3,6 faiz artıb

...

2024-cü ildə xarici ticarət dövriyyəmiz təxminən 47,4 milyard ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 5,3 milyard dollar olub. Qeyri-neft ixracı 3,3 milyard dolları üstələyib.

"Şərq qapısı" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 14-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı deyib.

Baş nazir bildirib ki, hesabat ilində ölkədə 126,3 milyard manatlıq və ya 2023-cü illə müqayisədə real ifadədə 4,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. 2024-cü ildə ÜDM istehsalı neft-qaz sektorunda 0,3 faiz, qeyri-neft-qaz sektorunda isə 6,2 faiz artıb. Qeyri-neft-qaz sənayesi 7,3 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM isə 3,6 faiz artaraq 12,4 min manat təşkil edib.

Nəşr edilib : 14.03.2025 11:35