NAXÇIVAN :

02 May 2026, Şənbə

BANM tələbələri magistratura imtahanlarında ölkə birincisi oldular

...

Dövlət İmtahan Mərkəzinin 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına fevralın 15-də keçirdiyi qəbul imtahanının nəticələrinə görə Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ölkə birincisi olublar.
"Şərq qapısı" xəbər verir ki, informasiya təhükəsizliyi ixtisasının 5-ci kurs tələbəsi Elvina Əliyeva və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 5-ci kurs tələbəsi Zahid Abdullayev imtahanda 91 bal toplayıblar. BANM-ə 689,6 balla qəbul olunan Elvina Əliyeva Prezident təqaüdünə layiq görülüb. Zahid Abdullayev isə BANM-ə 671,2 balla qəbul olunub.

Nəşr edilib : 17.02.2026 19:07