Bako Sahakyan: Azərbaycanın işğal edilmiş ərazilər...
16:13 14.03.2025
0
0
0
NAXÇIVAN :
14 Mart 2025, Cümə
Otuz üç il əvvəl barıt və qan qoxulu soyuq fevral gecəsində erməni zülmündən qaçıb Ağdama çatmaq istəyən məsum insanlara, “Bir gün gələr isti evinizdə dövlət başçınızla birgə ballı çay içərsiniz”, – desəydilər, bu bəlkə də, onlara heç zaman həyatda görə bilməyəcəkləri şirin bir yuxu söhbəti kimi gələrdi. Amma bunu da gördük və çox şükür indi ballıcalı sakinlər bəlkə də bu dünyanın ən xoşbəxt insanlarıdırlar ki, qalib ölkənin qalib dövlət başçısı Prezident cənab İlham Əliyev onların evinə qonaq gəlib, onların uzun illər həsrətində olduğu gözəl günlərin rəsmən açılışını etdi.
Ölkə başçımız, Prezident cənab İlham Əliyevin erməni işğalından azad olunmuş torpaqlarımıza hər bir səfəri istər burada yenidən məskunlaşan yerli sakinlərdə, istərsə də bütün ölkədə böyük sevincə səbəb olmaqla qalib dövlətimizin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi Böyük Qayıdış üzrə işlərinin tam sürət və qətiyyətlə davam etdiyini bir daha göstərir. Otuz ildən artıq bir müddətdə isti ocağından ayrı düşmüş insanları doğma yuvasına qaytaran bu qayıdışdan bəhrələnən hər bir keçmiş məcburi köçkün ailəsi onlara qonaq gələn dövlət başçımızı böyük sevinclə qarşılayır, bunu həyatlarının ən yaddaqalan hadisəsi kimi qeyd edirlər.
Hələ Ulu Öndər Heydər Əliyev Biləsuvarda çadır şəhərciyində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin toy şənliyinə qatılanda bu günlərin də uzaqda olmadığını, bir gün gələr, Şuşanın, Xankəndinin, Ağdamın, Kəlbəcərin, Laçının, Qubadlının, Zəngilanın geri alınacağını, Xocalının qisasının qiyamətə qalmayacağını gözləri nisgil dolu insanlara vəd etmişdi. Vədə yetişdi, ata nəsihətinə sadiq olan və bu gün bu mürəkkəb dünyada dünyanın ən xoşbəxt adamı olan dövlət başçımız cənab İlham Əliyevin “Vur!” əmriylə coşan igid oğullarımız cəmi 44 günə bu gözəl, bərəkətli torpaqları erməni mikrobundan təmizlədi. Ermənilərdən miras qalmış bataqlıqları qurutmaq üçün isə bir gün belə keçmədən konkret quruculuq və abadlıq işlərinə başlayan Azərbaycan dövləti qısa müddətdə Xirosima xarabalıqlarını xatırladan bu yerlərə mədəniyyət, iqtisadiyyat, rifah gətirdi. İndi bir zamanlar ayaqqabısını, isti paltarını belə götürməyə macal tapmadan evini, əşyalarını, həyət-bacasını, mal-qarasını erməni talançılarına tərk edən xocalılar arı yeşiklərini həyətlərinə düzüb güllə səsləri gəlməyən, sakit, gözəl həyatın, təmiz havanın, sərin bulaqların bal kimi dadını çıxarırlar.
Ballıcada bal dadıb, sakinlərlə şirin söhbət etmək çox gərgin iş qrafikinə malik dövlət başçımız üçün də bir az dincəlmək fürsəti oldu. Ölkəmizin iqtisadi və sosial məsələlərinin və xarici siyasətdəki mürəkkəb münasibətlərin həllində əməyinin boşa getmədiyinə, qarşıya qoyduğu vəzifələrin tam yerinə yetirildiyinə şahid olan Prezidentimiz üçün sadə bir vətəndaşının evinə qonaq olub, çay içmək onun hər zaman xalqın içində olduğunu, xoşbəxt həyat yaşayan insanların sevincini bölüşdüyünü bütün dünyaya bir daha göstərdi. Bu çay süfrəsi, buradakı şirin söhbətlər bir daha göstərdi ki, çətinliyə düşsə də, işğala məruz qalsa da səbir edib, güc qazanıb böyük qələbə gününə hazırlaşan və bunu bacaran Azərbaycan öz qalib Sərkərdəsi ilə həmişə fəxr edir. Beləcə, ölkəmizin hər bir vətəndaşı sevdiyi dövlət başçısını evində qonaq edib, onu qucaqlayan, onunla gözəl arzularını paylaşan insanlarla birgə olduqda onların bu gözəl xatirələrini bal ətirli söhbətlərindən bir daha eşidəcəklər.
Əli CABBAROV
Digər xəbərlər