NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Bakıda “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı konfrans keçirilir

...

Oktyabrın 16-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı respublika elmi-praktik konfrans keçirilir.

"Şərq qapısı" AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizdə dini təhsil sahəsində mövcud vəziyyətin müzakirə olunması, qarşıya çıxan problemlərin həlli ilə bağlı təkliflərin irəli sürülməsi, bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil edilən konfransda dövlət orqanlarının rəhbər şəxsləri, elm adamları, ziyalılar, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Rəsmi açılış mərasimindən sonra elmi-praktik konfrans işini panellərlə davam etdirəcək. “Azərbaycanda dini təhsil: keçmişdən bu günə”, “Dünyəvi dövlətdə dini təhsilin aktual məsələləri”, “İslam coğrafiyasında dini təhsil: ənənə və müasir çağırışlar”, “Dini tərbiyə, dini təhsil və din tədrisi” mövzularında keçiriləcək panellərdə iştirakçılar tərəfindən cari mövzularla bağlı çıxışlar ediləcək.

Nəşr edilib : 16.10.2024 11:09