NAXÇIVAN :

07 Dekabr 2025, Bazar

Bakıda “Euronews”un yerli ofisi fəaliyyətə başlayır

...

Bakıda “Euronews” televiziyasının yerli ofisi fəaliyyətə başlayır.
"Şərq qapısı" xəbər verir ki, bu münasibətlə “Euronews”un ofisinin açılış mərasimi keçirilib.
Açılış mərasimində media nümayəndələri, diplomatlar və digər qonaqlar iştirak edib.
Tədbirdə çıxış edən “Euronews”un İdarə Heyətinin sədri Pedro Vargas David bildirib ki, rəhbərlik etdiyi media qurumu Azərbaycana qarşı həmişə balanslı mövqe nümayiş etdirib və bu mövqeyə görə təzyiqlərə məruz qalıb.
Pedro Vargas David Avropanın nüfuzlu media qurumunun Bakı ofisinin açılışından məmnunluq duyduğunu qeyd edib.
Azərbaycan və “Euronews” arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
Açılış mərasimi mədəni proqramla davam etdirilib.
Qeyd edək ki, “Euronews” 1993-cü il yanvarın 1-də yaradılıb.

Nəşr edilib : 17.11.2025 19:53