NAXÇIVAN :

18 Avqust 2026, Çərşənbə axşamı

Dördüncü ixtisas qrupu üzrə 5048 plan yeri ayrılıb

...

2026/2027-ci tədris ili üçün IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul planı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, qəbul planına əsasən, IV ixtisas qrupu üzrə Azərbaycan bölməsinə 3733, rus bölməsinə 335, hər iki bölmənin birgə müsabiqəsi üzrə 980 yer olmaqla, ümumilikdə 5048 plan yeri ayrılıb. Dövlət sifarişi əsasında ayrılan plan yerlərinin sayı isə 3551-dir.

Qeyd olunub ki, əczaçılıq ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 5 yerin, ictimai səhiyyə ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 10 yerin və stomatologiya ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 7 yerin müsabiqəsində Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.

Nəşr edilib : 18.08.2026 11:17