NAXÇIVAN :

18 Avqust 2026, Çərşənbə axşamı

DİN: Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

...

Avqustun 17-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 101, o cümlədən borclu şəxs qismində axtarışda olan 77, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10, dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 10 tüfəng və 2 ədəd patron aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

Nəşr edilib : 18.08.2026 10:56