NAXÇIVAN :

05 Oktyabr 2026, Bazar ertəsi

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir

...

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi başlayıb.

"Şərq qapısı" xəbər verir ki, tədbir Milli Gimnastika Arenasında keçirilir.

Qeyd edək ki, ötən gün start götürən cüdo üzrə dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparır. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu (17 kişi və 7 qadın) təmsil edir. Millimiz oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında da qüvvəsini sınayacaq.

Hələlik yığmamızın aktivində bir medal var. Yarışın ilk günündə mübarizəyə qoşulan Əhməd Yusifov (60 kiloqram) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

Nəşr edilib : 05.10.2026 16:47