NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Bakıda COP29-la bağlı nəqliyyatın idarə olunması üzrə monitorinqlər davam edir

...

COP29 konfransına hazırlıq prosesi çərçivəsində tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın idarə olunması üzrə monitorinqlər davam etdirilir.

Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin planı və marşrutuna uyğun simulyasiya edilərək icra olunacaq. COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılacaq monitorinqə COP29-a aid avtomobil və avtobuslarla yanaşı, həmçinin təcili tibbi yardım maşınları, eləcə də yanğınsöndürmə maşınları cəlb ediləcək.

Qeyd edək ki, monitorinqlərin aparılması məqsədilə şəhərin bəzi küçələrində nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək. Bu barədə ətraflı məlumat veriləcək.

Bundan əlavə, 26 və 27 oktyabr tarixlərində əhaliyə narahatçılıq yaratmamaq məqsədilə yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən paytaxtın küçə və prospektlərində COP29 məxsus avtobusların da monitorinqi olacaq.

Nəşr edilib : 23.10.2024 15:12