Hicama nədir?
14:49 09.04.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Bəhruz Kəngərli adına Sərgi Salonunda “Baharın rəngləri” adlı sərgi təşkil olunub.
Sərginin açılışından əvvəl ilk olaraq Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva açaraq bildirib ki, Novruz xalqımızın qədim tarixinə, zəngin mədəni irsinə və mənəvi dəyərlərinə dərin köklərlə bağlı olan ənənəvi bayramlarımızdan biridir. Hər bir azərbaycanlı üçün əziz olan Novruz həm də milli birliyimizin, həmrəyliyimizin rəmzidir.
Vurğulanıb ki, Ulu Öndərin təşəbbüsü ilə 1969-cu ildən başlayaraq Novruz bayramı dövlət səviyyəsində qeyd edilməyə başlandı. Bu, dahi rəhbərin milli irsimizə və mədəniyyətimizə göstərdiyi xüsusi diqqətin təzahürü idi. O, bu bayramın xalqın birliyini və milli ruhunu yaşatmaqda mühüm rol oynadığını vurğulayırdı.
Diqqətə çatdırılıb ki, bu gün Ulu Öndərin siyasi kursunu uğurla həyata keçirən Azərbaycan Prezidenti cənab İlham Əliyev də Novruz bayramının milli birlik və həmrəylik simvolu olduğunu xüsusi qeyd edir.
Tədbirdə Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Əhməd Vəliyev, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssam, dosent Cavid İsmayılov çıxış ediblər. Bildirilib ki, baharın müjdəçisi Novruz Türk dünyasının ən önəmli bayramlarındandır. Orta Asiyadan Balkanlara qədər böyük bir coğrafiyada, təqribən, 200 milyon insan tərəfindən qeyd edilməkdədir. Azərbaycanda və eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da bu bayram böyük coşqu ilə keçilir.
Çıxışlarda o da vurğulanıb ki, bugünkü sərgidə nümayiş etdirilən əsərlər rəsmsevərlərdə bayram ovqatı yaradır. Bu həm də onunla bağlıdır ki, xalqımız artıq bu bayramı qalib dövlətin vətəndaşları kimi qeyd edir.
Məlumat üçün bildirək ki, bir həftə davam edəcək sərgidə 20 rəssamın 50-ə yaxın rəsm və dekorativ əl işləri sərgilənir.
Aidə İBRAHİMOVA
Digər xəbərlər