Qazaxıstanda TDT ölkələri arasında əməkdaşlığa dai...
11:40 07.04.2025
0
0
0
“Baharfest”də diqqətçəkici məqamlardan biri də burada müxtəlif sənət sahələri üzrə hazırlanmış əl işləri üçün ayrılmış stendlərdir. Sənətkarlar bunu onlara göstərilən qayğı kimi dəyərləndirərək, öz minnətdarlıqlarını bildirirlər.
Burada 100-dən artıq əl işi sərgilənən Füzuli Xəlilovla həmsöhbət olduq. Müsahibimiz bildirdi ki, bayram günlərinin keçirildiyi bu gözəl məkanda sənətkarlıq nümunələrinə də xüsusi stendlərin ayrılması onları sevindirir.
Burada onun da xalq yaradıcılığının tərkib hissələrindən olan ağacoyma və Naxçıvan duzundan hazırlanmış müəyyən hədiyyəlik suvenirlərinin sərgisi və satışı təşkil edilib. Stenddə zövqlə hazırlanmış Naxçıvanın tarixi abidələrinin maketləri, nərdtaxta, şahmat və başqa əl işləri sərgilənir.
Öyrəndik ki, Füzuli Xəlilov 35 ildir ki, bu sahə ilə məşğuldur. Emalatxanası var və bir-birindən gözəl işləri orada hazırlayır. Onun əsas məqsədi həm qədim sənətkarlıq sahələrini yaşatmaq və gələcək nəsillərə ötürməkdir. Bu sahələri o həm də Texniki Yaradıcılıq Mərkəzində gənc nəslə öyrədir.
Qeyd edək ki, onun əl işlərinə “Baharfest”də böyük maraq var idi.
Aidə İBRAHİMOVA
Digər xəbərlər