NAXÇIVAN :

18 Oktyabr 2026, Bazar

Babəkdə “Kiberhücumlara qarşı mübarizə və təhlükəsizlik tədbiləri” mövzusunda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Babək rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kiberhücumlara qarşı mübarizə və təhlükəsizlik tədbiləri” mövzusunda tədbir keçirilib.

"Şərq qapısı" xəbər verir ki, tədbirdə çıxış edənlər mövzunun əhəmiyyətindən danışaraq bildiriblər ki, kiberhücumlar şəxslərə, bizneslərə və təşkilatlara böyük zərər verə biləcək ciddi təhdidlərdir. Bu hücumlar həssas məlumatların oğurlanmasına, məlumatların məhv edilməsinə və ya sistemlərin pozulmasına səbəb olur. Vurğulanıb ki, kiberhücumların növləri haqqında məlumatlı olmaq və qabaqlayıcı tədbirlər görmək bu təhdidlərin qarşısını almağa və kiber təhlükəsizliyi gücləndirməyə köməklik edə bilər. Həmçinin tədbirdə mövzu ilə bağlı Baş Prokurorluq tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Nəşr edilib : 16.10.2026 11:39