NAXÇIVAN :

28 Aprel 2025, Bazar ertəsi

Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə olacaq

...

"Şərq qapısı" xəbər verir ki, 159 mm və 50 mm borular korroziyaya uğradığı  üçün yeraltı xətlərin yerüstü xətlərlə dəyişdirilməsi ilə əlaqədar qaz təchizatı Babək rayon Cəhri qəsəbəsi, Gülşənabad, Payız, Aşağı Buzqov, Yuxarı Buzqov və Gərməçataq kəndlərində  28.04.2025 tarixdə saat 09:00-dan  müvəqqəti dayandırılacaq. Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
Təbii qazın dayandırıldığı müddət ərzində qaz cihazlarını nəzarətdə saxlamağınızı və təhlükəsizlik qaydalarına riayət etməyinizi sizdən xahiş edirik!

Nəşr edilib : 27.04.2025 18:46