Nazir Ceyhun Bayramov Taylanda işgüzar səfərə yola...
09:21 19.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Oktyabrın 23-də Babək rayonunun yaranmasının 47-ci ildönümü münasibətilə tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, əvvəlcə Babək Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat nümayəndələri, YAP Babək Rayon Təşkilatının rəhbərliyi və ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin Babək şəhərində yerləşən abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək bildirib ki, bu gün yaranmasının 47-ci ildönümü qeyd edilən Babək rayonu Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının, Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin bəhrəsi olaraq sürətlə inkişaf edir.
1978-ci il oktyabrın 23-də xalq qəhrəmanı Babəkin adını daşıyan rayonun yaradılması Ulu Öndər Heydər Əliyevin milli quruculuq siyasətinin parlaq nəticələrindən biri olub. Rayona "Babək" adının verilməsi xalqın tarixi yaddaşının, milli qürurunun və qəhrəmanlıq ənənələrinin yaşadılmasının təntənəsi idi.
Tədbirdə digər çıxış edənlər Babək rayonunun yaranmasından ötən illər ərzində keçdiyi inkişaf yolu, əldə olunan nailiyyətlər və həyata keçirilən sosial layihələr barədə məlumat veriblər.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən şəxslər mükafatlandırılıb, Babək rayonu barədə videoçarxa baxış olub.
Tədbir musiqili konsert proqramı ilə davam edib.
Digər xəbərlər