NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Babək rayonunda su anbarı dezinfeksiya edilib

...

Əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi prioritet istiqamətlərdən  biridir. Muxtar respublika ərazisində mərkəzi və məhəllə daxili su anbarlarının yuyulması və dezinfeksiyası əhalinin keyfiyyətli su ilə təminatında xüsusi əhəmiyyət daşıyır.

Naxçıvan Muxtar Respublikası Su Ehtiyatları Agentliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, muxtar respublikada əhalinin ekoloji cəhətdən təmiz və keyfiyyətli, eyni zamanda dayanıqlı içməli su ilə təmin olunması istiqamətində mühüm işlər görülür. Belə ki,  agentlik tərəfindən muxtar respublika ərazisində mərkəzi və məhəllə daxili su anbarlarının yuyulması və dezinfeksiyası işləri aparılır. Agentliyin tabe idarələri ilə İctimai Səhiyyə Xidmətinin Naxçıvan Regional Mərkəzinin Sanitar Epidemiologiya Şöbəsinin əməkdaşları tərəfindən rayonlarda yerləşən su təmizləyici qurğular komplekslərinin anbarlarında dezinfeksiya işləri görülür. Əvvəlcə anbarlar tamamilə boşaldılır və onların dib hissəsi lil çöküntülərindən təmizlənlənilir. İlkin olaraq anbarda hər hansı sızma və ya qəza vəziyyətinin olub-olmaması mütəxəssislər tərəfindən yoxlanılır, təhlükə doğura biləcək hallar aşkar edilərsə, təmir-bərpa işləri aparılır. Anbarın istismar rejimində hər hansı bir qüsur aşkar edilmədikdə, anbarlar yuyularaq dezinfeksiya edilir. Dezinfeksiya işləri yekunlaşandan sonra hovuz su ilə doldurulmağa başlanılır. Hovuz tam dolduqdan sonra sudan yeni nümunələr götürülərək laboratoriyada analiz edilir. Analizin nəticələrindən asılı olaraq suyun şəbəkəyə ötürülməsi təmin olunur.
Dezinfeksiya tədbirləri Ordubad, Şahbuz, Şərur və Culfa rayonlarından sonra Babək rayonunun su təminatını həyata keçirən, rayonun Yarımca kəndində yerləşən mərkəzi su anbarında həyata keçirilib. Agentliyin tabe idarəsi olan Babək Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi və İctimai Səhiyyə Xidmətinin Naxçıvan Regional Mərkəzinin Sanitar Epidemiologiya Şöbəsinin əməkdaşları tərəfindən 7500 kubmetr həcmində olan su anbarı yuyularaq şəffaflaşdırılıb, 10 faizli xlorlu əhəng məhlulu ilə dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işləri yekunlaşandan sonra hovuz su ilə doldurulmağa başlanılıb. Hovuz tam dolduqdan sonra sudan yeni nümunələr götürülərək laboratoriyada analiz ediləcək. Analizin nəticələrindən asılı olaraq suyun şəbəkəyə ötürülməsi təmin olunacaq.

Nəşr edilib : 23.11.2024 15:08