İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər s...
20:17 22.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
Babək Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emin Məmmədxanlı insanların təhlükəsizliyinin təminatının son illərdə kəskin hal aldığını, elm və texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə məişətdə, sənayedə, nəqliyyatda və digər sahələrdə qəzaların, təbii fəlakətlərin, texnogen qəzaların sayının xeyli artdığını diqqətə çatdırıb. Bildirib ki, bu gün hər sahədə olduğu kimi mülki müdafiənin təmin edilməsi tədbirlərinin həyata keçirilməsi məsələsi də dövlətimizin diqqətindədir.
Vurğulanıb ki, bununla bağlı bir sıra normativ- hüquqi aktlar qəbul olunub, aid qurumlar tərəfindən mülki müdafiə tədbirlərinin təşkilinə dair tədbirlər görülüb. Bügünkü tədbirin keçirilməsi də məhz bu tədbirlər silsiləsindəndir.
Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi aparatının mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik-leytenant Vüqar Məmmədov Babək rayonu ərazisində yaradılmış hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin fəaliyyəti barədə məlumat verib. Nazirliyin Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın Nəzarəti İşinin Təşkili şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Şıxəli Əliyev “Məişətdə və iş yerlərində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır. Dəm qazı və ondan qorunmanın yolları” mövzusunda çıxış edib.
Tədbirdə, həmçinin nazirlik aparatının Mülki Müdafiə işinin təşkili şöbəsinin əməkdaşları Azadə Cəfərova və Afaq Alməmmədovanın mövzu ətrafında çıxışları dinlənilib.
Digər xəbərlər