NAXÇIVAN :

30 Sentyabr 2026, Çərşənbə

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

...

Bu ilin yanvar-avqust aylarında “AzərEnerji” ASC 8,3 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 milyon dollar və ya 66 faiz çoxdur.

"Şərq qapısı" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın sentyabr sayında bildirilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında “AzərEnerji” ASC-nin ixrac gəlirləri 5 milyon dollar olub.

Nəşr edilib : 29.09.2026 13:02