NAXÇIVAN :

22 Iyul 2026, Çərşənbə

Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib

...

Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib.

"Şərq qapısı" xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu təsdiq edib.

Qeyd edək ki, 2026-cı il mayın 19-da Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş imzalanıb.

Nəşr edilib : 22.07.2026 14:54