Bakıda Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Ba...
18:32 24.09.2026
0
0
0
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda UNGA81 çərçivəsində Sent-Vinsent və Qrenadinlərin xarici işlər, xarici ticarət, xarici investisiyalar və diaspora məsələləri naziri Duayt Fitscerald Bramble ilə görüşüb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.
Qeyd olunub ki, tərəflər Azərbaycan–Sent-Vinsent və Qrenadinlər münasibətlərinin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı təmasların və səfərlərin artırılmasının, eləcə də ikitərəfli əlaqələrin institusional əsaslarının gücləndirilməsinin vacibliyi vurğulanıb.
BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığın və qarşılıqlı dəstəyin daha da gücləndirilməsinin əhəmiyyəti bir daha təsdiqlənib.
Məhsuldar müzakirələrin davamı olaraq tərəflər "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Sent-Vinsent və Qrenadinlərin Xarici İşlər, Xarici Ticarət, Xarici İnvestisiyalar və Diaspora Məsələləri Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Protokol"u imzalayıblar.
Bu mühüm Protokol institusional əlaqələrin əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə, müntəzəm diplomatik təmasların inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.
Digər xəbərlər