NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Azərbaycanla Çin arasında media sahəsində əməkdaşlıq müzakirə edilib

...

Medianın İnkişafı Agentliyində Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Dinq Tao ilə görüş keçirilib.

Bu barədə Medianın İnkişafı Agentliyindən bildirilib. Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”yə istinad edərək müvafiq Bəyannamədə Tərəflərin media və informasiya mübadiləsi sahəsində əməkdaşlığı dəstəklədiklərini, media və beyin mərkəzləri sahələrində əməkdaşlığı gücləndirməyə hazır olduqlarını ifadə etdiklərini bildirib, bununla əlaqədar olaraq, media sahəsinə məsul qurumlar və media subyektləri arasında qarşılıqlı əməkdaşlığın qurulması, saxta və qeyri-mötəbər mənbələrə əsaslanan məlumatların yayılmasına qarşı mübarizə istiqamətində təcrübə mübadiləsinin təşkili, həmçinin media sahəsində mütəxəssislərin hazırlanması məqsədilə təhsil müəssisələri arasında əlaqələrin yaradılmasının vacibliyini vurğulayıb. Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Dinq Tao isə iki ölkə arasında media sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə danışaraq gələcəkdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin önəmini, Çinin media sahəsində fəaliyyət göstərən ekspertlərinin Azərbaycanda keçirilən təlimlərə cəlb olunmasının, uzunmüddətli səmərəli tərəfdaşlıq və kommunikasiyanın qurulmasının vacibliyini vurğulayıb, qeyd olunan məsələlərlə bağlı qarşılıqlı səfərlərin təşkilinin zəruriliyini diqqətə çatdırıb. Görüşdə hər iki tərəfi maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 30.09.2024 21:52