“Naxçıvanpoçt” şəhid ailələrinə bayram sovqatları ...
19:39 13.03.2025
0
0
0
Dərin parçalanmanı aradan qaldırmaq üçün problemlərin həlli universal səviyyədə olmalıdır. Forumda bir-biri ilə toqquşan məsələlər müzakirə edilməlidir.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumunun “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” adlı panel iclasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, Azərbaycan COP29-da sədrliyi zamanı da bu fikri dəstəkləyib. Çoxtərəfliliyə sadiq qalmaq bizim əsas hədəflərimizdəndir. Bizim üçün hökumətlərin qonşularla münasibətlərində şəffaflığı da əsasdır.
“Mövcud sərhədləri dinc yolla tənzimləmək, yeni silahlanma “yarışları”nın qarşısını almaq, dövlətlər daxilində və arasında zorakı münaqişələri dayandırmaq, daha inklüziv iqtisadi inkişafı təmin etmək, həmçinin iqlim dəyişikliyi kimi federalist ticarət proseslərinə qoşulmaq getdikcə çətinləşir”, - deyə nazir əlavə edib.
Digər xəbərlər