NAXÇIVAN :

22 Sentyabr 2026, Çərşənbə axşamı

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib

...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib.
"Şərq qapısı" xəbər verir ki, nazir Azərbaycanın mübahisənin beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinə sadiqliyini bir daha təsdiqləyib.
Ceyhun Bayramov, həmçinin regional sülh və sabitliyin möhkəmləndirilməsi baxımından Hindistan ilə Pakistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Nəşr edilib : 22.09.2026 22:20