NAXÇIVAN :

24 Sentyabr 2026, Cümə axşamı

Azərbaycanın və Gürcüstanın hüquq-mühafizə orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunub

...

Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev sentyabrın 24-də daxili işlər naziri Sulxan Tamazaşvili ilə görüşüb.
"Şərq qapısı" xəbər verir ki, görüş zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin fəaliyyətinin prioritet istiqamətləri və həyata keçirilən islahatlar barədə fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyini vurğulayaraq, iki ölkənin hüquq-mühafizə orqanları arasında mövcud olan səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.
Görüşdə, həmçinin hüquq-mühafizə sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub və bu istiqamətdə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi barədə razılıq ifadə edilib.

Nəşr edilib : 24.09.2026 21:40