Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər im...
17:51 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
“Prezident İlham Əliyevin ABŞ-a səfəri yalnız Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsi baxımından deyil, eyni zamanda beynəlxalq informasiya müstəvisində Azərbaycanın mövqeyinin güclənməsi və diplomatik sahədə əldə etdiyi növbəti uğur kimi dəyərləndirilməlidir. Bu səfər Azərbaycanın regional və qlobal siyasətdə öz prinsipial, müstəqil mövqeyini təsdiqləməklə yanaşı, illərdir ölkəmizə yönəlmiş siyasi təzyiqlərə, informasiya manipulyasiyalarına qarşı verilmiş qəti və diplomatik cavabdır”.
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülxarə Tarverdiyeva deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Vaşinqtona səfəri, eyni zamanda Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açır: “İki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanması da bunun göstəricisidir. Bu səfər həm də ABŞ Prezidenti tərəfindən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması ilə əlamətdar olub. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır”.
“Ümumiyyətlə, Azərbaycan-ABŞ münasibətləri qarşılıqlı hörmət, etimada əsaslanaraq hər zaman müsbət dinamika ilə inkişaf edib. Bu münasibətlərin əsası 1992-ci ilin 28 fevral tarixində qoyulub, xüsusilə Ulu Öndər Heydər Əliyevin əvəzsiz səyləri nəticəsində iki ölkə arasında, əsasən, enerji sahəsində qarşılıqlı marağa söykənən əməkdaşlıq formalaşdırılıb. Bu günə qədər Azərbaycanla ABŞ arasında 80-dən artıq dövlət əhəmiyyətli sənədin imzalanması mövcud yüksəksəviyyəli münasibətlərin bariz göstəricisidir”, - deyə Gülxarə Tarverdiyeva əlavə edib.
Digər xəbərlər