NAXÇIVAN :

17 Avqust 2026, Bazar ertəsi

Azərbaycanda yeddi ayda 187,2 milyon manatlıq narkotik maddə dövriyyədən çıxarılıb

...

Bu ilin 7 ayında qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 223 kq 519,057 qram narkotik vasitə dövriyyədən çıxarılıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında deyilir.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılmış 6 ton 223 kq 519,057 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 187 milyon 200 min AZN kimi qiymətləndirilir.

Nəşr edilib : 17.08.2026 12:50