Emin Ağalarov: “Sea Breeze” beynəlxalq investisiya...
12:54 26.09.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Yaranan investisiya istiqamətləri: Daşınmaz əmlak, turizm və şəhərsalma” panel müzakirəsində deyib.
O bildirib ki, son illərdə turizm Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsində mühüm komponentə çevrilib.
“2025-ci ildə turizmlə bağlı fəaliyyət növləri üzrə əlavə dəyər təxminən 7 milyard manat təşkil edib. Turizm sektorunun ölkə iqtisadiyyatındakı payı isə təxminən 5,4 faizə çataraq pandemiyadan əvvəlki səviyyəni ötüb”,- deyə o qeyd edib.
Dövlət Turizm Agentliyinin sədri turizmin inkişafı üzrə 2026–2030-cu illər üçün yeni qəbul edilmiş dövlət proqramına da diqqət çəkib. O qeyd edib ki, proqram turizm siyasətində yeni mərhələni formalaşdırır və əsas prioritetlərdən biri turizm sahəsində daha cəlbedici və rəqabətqabiliyyətli investisiya mühitinin yaradılmasıdır.
Digər xəbərlər