NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Azərbaycan XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib

...

Azərbaycanın Xarici İşlər Nazirliyi Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib.

Xarici siyasət idarəsinin paylaşımında qeyd olunub:

"Bu gün, Bakı şəhərinin erməni daşnak-bolşevik qüvvələrinin işğalından azad edilməsindən 106 il ötür. Azərbaycan-Türkiyə qardaşlıq tarixinin səhifələrinə qızıl hərflərlə yazılan 15 sentyabr tarixində Bakının işğaldan azad edilməsi uğrunda canlarından keçən bütün qardaş və bacılarımızın əziz xatirəsini minnətdarlıqla anırıq".

Nəşr edilib : 15.09.2024 10:19