NAXÇIVAN :

26 Sentyabr 2026, Şənbə

Azərbaycan və Zimbabve arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

...

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Zimbabvenin xarici işlər və beynəlxalq ticarət naziri Amon Murvira ilə görüşüb.
“Şərq qapısı” xəbər verir ki, nazirlər ikitərəfli gündəliyi, siyasi dialoqun genişləndirilməsi perspektivlərini və çoxtərəfli platformalarda qarşılıqlı dəstək məsələlərini nəzərdən keçiriblər.
Nazir Ceyhun Bayramov Zimbabveni 2027–2028-ci illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib və Azərbaycanın bu müddət ərzində sıx əməkdaşlığa hazır olduğunu bildirib. Görüşün konkret nəticəsi olaraq, nazirlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Zimbabve Respublikasının Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu”nu imzalayıblar.

Nəşr edilib : 25.09.2026 22:31