NAXÇIVAN :

09 Oktyabr 2026, Cümə

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

...

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin beynəlxalq məsələlər üzrə nazir müavini Hideo Fuseda ilə görüş keçirib.
"Şərq qapısı" xəbər verir ki, görüşdə Azərbaycan və Yaponiya arasında rəqəmsal inkişaf və informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi, süni intellekt, rəqəmsal transformasiya və innovasiya istiqamətlərində təcrübə mübadiləsi, eləcə də birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Tərəflər İKT və poçt xidmətləri sahəsində əməkdaşlığa dair Fəaliyyət Planının yekunlaşdırılması, Hiroşima Süni İntellekt Prosesində iştirak və fəlakətlərin qarşısının alınmasında İKT-nin tətbiqi məsələləri barədə fikir mübadiləsi aparıblar.

Nəşr edilib : 09.10.2026 18:06