Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılm...
19:02 09.10.2026
0
0
0
Naxçıvan Şahmat Mərkəzində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş məktəblilər arasında şahmat üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə reallaşan yarışda 67 məktəbli mükafatlar uğrunda mübarizə aparıb.
İsveçrə sistemi üzrə 7 turdan ibarət birincilikdə oğlanlar və qızlar kateqoriyaları üzrə mükafatçılar müəyyənləşib.
İlk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr təqdim olunub. Mükafatları gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov təqdim edib.
Nəticələrə əsasən Yusif Qənbərov oğlanlar arasında, Nigar Qənbərli isə qızlar arasında muxtar respublika birincisi olublar. Aylin Quliyeva və Fərəməz Quliyev ikinci, Ayla Cəfərli ilə Raiq Qasımlı isə üçüncü yerə sahib çıxıblar.
Digər xəbərlər