Azərbaycan rəqəmsal transformasiya və innovasiya s...
18:04 05.10.2026
0
0
0
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı Dmitro Lubinets ilə görüşüb.
Ombudsman Aparatından bildirilib ki, görüş zamanı müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi, bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib.
Səbinə Əliyeva hər iki ölkənin ombudsman təsisatları arasındakı mövcud səmərəli əməkdaşlıq əlaqələrindən məmnunluğunu bildirib, ukraynalı həmkarı ilə mövcud vəziyyətdə insan hüquqlarının effektiv müdafiəsi və təmini sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib.
İnsan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində ombudsman təsisatları arasında əməkdaşlığın, o cümlədən təcrübə mübadiləsinin daha da gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Digər xəbərlər