NAXÇIVAN :

07 Avqust 2026, Cümə

Azərbaycan və Ukrayna arasında intensiv siyasi dialoq müzakirə olunub

...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov ilə görüşüb.

"Şərq qapısı" Azərbaycan XİN-ə istinadən xəbər verir ki, tərəflər iki ölkə arasında intensiv siyasi dialoqu və yüksək səviyyəli təmasları təqdir edərək, ikitərəfli münasibətlərin gələcək inkişafına verilən töhfəni vurğulayıblar.

Onlar siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini nəzərdən keçiriblər.

Görüşdə dəyişməkdə olan regional və beynəlxalq təhlükəsizlik mühiti, cari geosiyasi proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin Azərbaycan və Ukrayna arasında qarşılıqlı maraq doğuran sahələr üzrə davamlı təmasların və praktiki əməkdaşlığın əhəmiyyətini bir daha təsdiq ediblər.

Nəşr edilib : 06.08.2026 22:14