NAXÇIVAN :

07 Avqust 2026, Cümə

Azərbaycan və Türkiyə səfirləri Özbəkistanda əməkdaşlığın inkişafını müzakirə ediblər

...

Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov ilk nəzakət görüşünü Türkiyənin Daşkənddəki səfiri Ufuk Ulutaş ilə keçirib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Rəşad Məmmədov "X" sosial media hesabında paylaşım edib.

Bildirilib ki, görüş zamanı Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı və qardaşlıq münasibətlərinin Özbəkistanla çoxtərəfli əməkdaşlıq kontekstində əhəmiyyəti vurğulanmış, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər diplomatik nümayəndəliklər arasında əməkdaşlığın davam etdirilməsi və qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsi niyyətini ifadə ediblər.

Nəşr edilib : 06.08.2026 14:42