NAXÇIVAN :

12 Mart 2025, Çərşənbə

Azərbaycan və Şimali Makedoniya hökumətləri arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb

...

Azərbaycan hökuməti və Şimali Makedoniya hökuməti arasında diplomatik və xidməti/rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saziş Azərbaycan XİN başçısı Ceyhun Bayramov ilə Şimali Makedoniya xarici işlər naziri Timço Mutsunski arasında imzalanıb.

Nəşr edilib : 12.03.2025 11:40