Filologiya elmləri doktoru, professor Mahirə Nağı...
23:16 18.01.2025
0
0
2
NAXÇIVAN :
19 Yanvar 2025, Bazar
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə hökumət missiyası Ruanda Respublikasında səfərdə olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Səfər zamanı nümayəndə heyətinin Ruanda Respublikasının maliyyə və iqtisadi planlaşdırma üzrə dövlət naziri xanım Mutesi Rusagara, kənd təsərrüfatı və heyvan resursları naziri Mark Cyubahiro Bagabe, informasiya texnologiyaları və innovasiyalar naziri xanım Paula İngabire ilə, eləcə də Ruanda İnkişaf Şurasının və Mədən, Neft və Qaz Şurasının rəhbərləri ilə görüşləri keçirilib, Ruanda Sahibkarlarının İnkubasiya Mərkəzinin fəaliyyəti ilə tanışlıq səfəri olub.
Keçirilmiş görüşlər zamanı, Ruanda Prezidenti Paul Kagamenin Bakıda keçirilmiş COP29-un Liderlər Sammitində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbulu zamanı aparılmış müzakirələrin iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2024-cü ilin dekabr ayında Ruandaya səfəri çərçivəsində Fondun dəstəyi ilə burada həyata keçirilən təhsil və mədəniyyət sahəsindəki layihələrə görə təşəkkür edilib.
Müzakirələr zamanı ticarət, sərmayə, mədənçilik, neft-qaz, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq üçun geniş imkanların olduğu qeyd olunub, qarşılıqlı maraq doğuran sahələrdə birgə işçi qruplarının yaradılması və qarşılıqlı biznes missiyalarının həyata keçirilməsinə razılıq ifadə olunub. Ruanda tərəfinin vətəndaşlara xidmət mərkəzlərinin məhz Azərbaycanın bu sahədə uğurlu layihəsi olan "ASAN xidmət" konsepsiyası əsasında təsis edilməsinə göstərdiyi maraq yüksək qiymətləndirilib.
Səfər çərçivəsində, həmçinin Azərbaycan Xarici İşlər Nazirliyi ilə Ruanda Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin ilk iclası təşkil olunub.
Siyasi məsləhətləşmələr zamanı ikitətəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Siyasi məsləhətləşmələrin ikitərəfli əlaqələrin inkişafı və əlaqələndirilməsi baxımından vacib olduğu vurğulanaraq, onun iclaslarının mütəmadi əsasda təşkil edilməsi qərara alınıb.
Səfər zamanı Yalçın Rəfiyev Kiqali Soyqırımı Memorialını ziyarət edib, kütləvi qətliamın qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Memoriala əklil qoyub, xatirə kitabına ürək sözlərini yazıb.
Hökumət missiyasına Azərbaycanın İqtisadiyyat, Kənd Təsərrüfatı Nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, AZPROMO və Azərbaycan İnvestisiya Holdinqi nümayəndələri daxil olub.
Digər xəbərlər