Kamal Abdulla: “Naxçıvan Dövlət Universitetinin bu...
20:46 14.05.2025
0
0
0
NAXÇIVAN :
14 May 2025, Çərşənbə
Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları geniş müzakirə olunub.
"Şərq qapısı" xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov ölkəmizdə aqrar inkişaf strategiyasının əsas istiqamətləri, aqrar sahəyə dövlət dəstəyi, həyata keçirilən innovativ layihələr barədə qonaqlara ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan Latviya ilə iqtisadi və ticari əməkdaşlığın gücləndirilməsi istiqamətində bütün təşəbbüsləri dəstəkləyir. Ölkəmizin etibarlı və əlverişli biznes mühitinin, eləcə də böyük tranzit potensialının olduğunu xatırladan Sarvan Cəfərov qeyd edib ki, Latviyanın aqrar sahədə ixtisaslaşmış şirkətləri Azərbaycanda mövcud olan geniş investisiya imkanlarından yararlana bilər.
Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze isə öz növbəsində ölkəsinin Azərbaycanla bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. O, kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması, ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, Latviyalı sahibkarların Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirakı, müasir texnologiyaların transferi və aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə təcrübə proqramlarının həyata keçirilməsi məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycanla Latviya arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər.
Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Digər xəbərlər