NAXÇIVAN :

17 Noyabr 2025, Bazar ertəsi

Azərbaycan və İran arasında ikitərəfli məsələlər müzakirə olunub

...

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişafı müzakirə olunub.

Həmçinin regional və beynəlxalq forumlarda əməkdaşlıq məsələləri ilə bağlı məsləhətləşmələr aparılıb.

Tərəflər bir çox beynəlxalq məsələlərdə iki ölkənin mövqelərinin ortaq olduğunu qeyd ediblər.

Nəşr edilib : 31.07.2025 18:18