Sabah bəzi yerlərdə yağış yağacaq
12:32 09.09.2026
0
0
0
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Gürcüstan Dəmir Yolları” arasında vaqonların hərəkətinin cədvəl üzrə planlaşdırılması üçün ortaq IT platformasının yaradılması, Qazaxıstanda isə dəmir yollarının elektrikləşdirilməsinin davam etdirilməsi planlaşdırılır.
"Şərq qapısı" xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktorunun məsləhətçisi Xudayar Həsənli "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə” (AQEM – CICA) çərçivəsində keçirilən “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta Dəhliz vasitəsilə dayanıqlı yük axınlarına nail olmaq üçün limanlar və digər maraqlı tərəflər əsas ötürmə qabiliyyəti, keyfiyyət problemlərini operativ şəkildə həll etməlidir: “Orta Dəhliz üzrə vahid tranzit operatorunun yaradılması bu sahədə şəffaflığı və sürəti təmin edə bilər. Koordinasiya istiqamətində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə 10-dan çox nəqliyyat şirkətinin fəaliyyət göstərməsi və gömrük orqanları arasında əməkdaşlığın gücləndirilməsi vacibdir. Vahid tranzit operatorunun yaradılması, eləcə də Qazaxıstan, Azərbaycan və Gürcüstanın gömrük komitələri arasında ortaq IT platformasının qurulması bu sahədə şəffaflığı və sürəti təmin edə bilər”.
Digər xəbərlər