Daniele Violetti: İndiyədək aparılan müzakirələrdə...
13:10 09.09.2026
0
0
0
NAXÇIVAN :
09 Sentyabr 2026, Çərşənbə
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə ölkəmizə səfər edən Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimləri Xankəndidən sonra Ağdama gəliblər.
"Şərq qapısı" xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Ağdam şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib.
Məlumat verilib ki, Ağdam Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də dağıdıblar.
Din xadimləri şəhidlərin ruhuna dualar oxuyublar.
Daha sonra Ağdam şəhər Cümə məscidinə gələn qonaqlara ermənilərin mədəni, tarixi, dini abidələri məhv etmələri və Ağdam işğaldan azad olunduqdan sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib.
Bildirilib ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm aktları həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhər Cümə məscididir. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər hərbi məqsədlərə görə məscidi dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları qəsdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı nifrətlərini nümayiş etdiriblər. Ağdam şəhəri işğaldan azad olunduqdan sonra Cümə məscidi bərpa edilərək əvvəlki görkəminə qaytarılıb.
Din xadimləri məsciddə namaz qılıblar.
Nümayəndə heyətinə Böyük Qayıdış Proqramı çərçivəsində Ağdamda görülən işlər barədə də məlumat verilib. Bildirilib ki, yenidən qurulan Ağdam şəhərinə və üç kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub, bu istiqamətdə işlər davam etdirilir.
10:44
Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimləri Qarabağa səfər çərçivəsində sentyabrın 9-da Xankəndi şəhərində olublar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində təşkil olunan səfərdə həmin ölkələrdə fəaliyyət göstərən 50-yə yaxın azərbaycanlı din xadimi iştirak edib.
"Şərq qapısı" xəbər verir ki, nümayəndə heyəti Xankəndi şəhərində yaradılan Zəfər parkı ilə yaxından tanış olub.
Onlara məlumat verilib ki, park Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni əks etdirir.
Zəfər parkının ümumi sahəsi 9 hektardır. Parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Onların mərkəzi hissəsində quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları yazılıb. Eyni zamanda, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlar da lövhələrdə qeyd olunub.
Zəfər tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına görə rəmzi olaraq 44 metr təşkil edir. Terrasda Zəfər Günü ilə bağlı 8 rəqəmini simvolizə edən konstruksiya inşa olunub.
Sonra Zəfər meydanına gələn qınaqlara Xankəndi şəhərində həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib.
Xankəndi şəhəri ilə tanışlıqdan sonra nümayəndə heyəti Ağdama yola düşüb.
09:31
Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimlərinin Qarabağa səfəri davam edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində təşkil olunan səfərdə həmin ölkələrdə fəaliyyət göstərən 50-yə yaxın azərbaycanlı din xadimi iştirak edir.
"Şərq qapısı" xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Xankəndi şəhərinə gəlib. Din xadimləri Xankəndi şəhərində Zəfər parkı və Zəfər meydanı ilə tanış olacaqlar. Nümayəndə heyətinin bu gün həmçinin Xocalı və Ağdama da səfəri nəzərdə tutulur.
Digər xəbərlər