NAXÇIVAN :

19 Mart 2025, Çərşənbə

Azərbaycan və Bəhreyn XİN başçıları arasında telefon danışığı olub

...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 19-da Bəhreynin xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani arasında telefonla danışıb.

XİN-dən verilən məlumata görə, telefon danışığı zamanı iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə bir-birilərini ürəkdən təbrik edib, ən xoş arzularını çatdırıblar.

Azərbaycan-Bəhreyn əməkdaşlığının müxtəlif, o cümlədən iqtisadi, ticarət, ereji təhlükəsizliyi, mədəni istiqamətlər üzrə hazırkı durumu və perspektivləri, regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycanın Bəhreynin “Manama Dialoqu” təşəbbüsündə fəal iştirakı, o cümlədən təhlükəsizlik problemlərinin müzakirəsi baxımından bu platformanın əhəmiyyəti xüsusi olaraq qeyd edilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.

Nəşr edilib : 19.03.2025 16:47