NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Naxçıvan Muxtar Respublikasını təmsil edəcək iştirakçı uşaqlarla görüş keçirilib

...

Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Naxçıvan Muxtar Respublikasını təmsil edəcək iştirakçı uşaqlarla görüş keçirilib. 
Görüşdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların ictimai fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində aktiv iştirakının təmin edilməsi, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə 
 2024-cü il 5 dekabr  tarixdə “Uşaqlar və ekologiya” adlı Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun keçirilməsi nəzərdə tutulur. Bütün ölkə üzrə 300-dən çox uşağın iştirak edəcəyi forumda uşaqlar tərəfindən onları daha çox maraqlandıran 7 qrup üzrə məsələlər ətrafında müzakirələr aparılacaq, eyni zamanda təklif və tövsiyələr hazırlanacaq. Komitə sədri qeyd edib ki, forumda muxtar respublikanı “Uşaq Səfirlər Məclisi”nin üzvlərindən olan 6 uşaq təmsil edəcək. 
Sonda Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda iştirak edəcək 6 məktəbliyə “İştirakçı vərəqəsi” və “Yaddaş kitabçası” verilib.

Nəşr edilib : 21.11.2024 23:10