NAXÇIVAN :

07 Aprel 2025, Bazar ertəsi

Azərbaycan-Türkiyə Rəqəmsal Yaradıcılıq Forumu keçirilib

...

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin və Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının tərəfdaşlığı ilə baş tutub.

Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya, Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin deputatı Gülşad Rüstəmova və digər qonaqlar tədbirin əhəmiyyətindən bəhs ediblər. Naxçıvan Muxtar Respublikası  Mədəniyyət Nazirliyinin şöbə müdiri Pərvin Həsənov çıxış edərək texnologiyanın həyatımızın bütün sahələrinə nüfuz etdiyi bir dövrdə rəqəmsal yaradıcılığın artıq təkcə dizaynerlərin və ya proqramçıların sahəsi deyil, o cümlədən mədəni irsin qorunması baxımından mühüm rol oynadığını vurğulayıb.

Layihə rəhbəri Məhsəti Hüseynovanın aparıcılığı ilə davam edən panel diskussiyada spiker Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Anar Təhməzli rəqəmsal yaradıcılığın əhəmiyyətindən bəhs edib, mədəniyyətlərarası əlaqələrdə rəqəmsal texnologiyanın əsas amillərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin Mədəniyyət Nazirliyinin bu sahədə gördüyü işlərdən bəhs edib, rəqəmsal texnologiyaların Naxçıvanın mədəni irsini dünyaya tanıtmaq üçün böyük imkanlar yaratdığını qeyd edib.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Simli kvarteti konsert proqramı ilə çıxış edib.

Qeyd edək ki, forumun məqsədi Azərbaycan və Türkiyə arasında rəqəmsal yaradıcı sənayelərdə peşəkar inkişafı və əməkdaşlığı gücləndirərək innovativ yanaşmaları və mədəni əlaqələri təşviq etməkdən ibarətdir.

Nəşr edilib : 27.02.2025 17:12