NAXÇIVAN :

11 Sentyabr 2026, Cümə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

...

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1 . 1.1-ci bənddə “və mədəni, dini,” sözləri “etnik, dini, mədəni, o cümlədən” sözləri ilə əvəz edilsin;

1.2 . 3-cü hissə üzrə:

1.2.1. aşağıdakı məzmunda 3.1.3-1-ci yarımbənd əlavə edilsin:

“3.1.3-1. ölkədə, regionda və dünyada baş verən etnosiyasi və dini proseslərlə bağlı analitik-informasiya materialları və fəaliyyət proqramları hazırlamaq;”;

1.2.2. 3.1.6-cı yarımbənddə “mədəni, dini və” sözləri “etnik, dini, mədəni, o cümlədən” sözləri ilə əvəz edilsin;

1.2.3. 3.1.10-cu yarımbənddə “mədəni, dini müxtəlifliyin tolerant” sözləri “etnik, dini, mədəni, o cümlədən linqvistik müxtəlifliyin və tolerantlığın” sözləri ilə əvəz edilsin;

1.2.4. 3.1.11-ci, 3.1.12-ci və 3.1.14-cü yarımbəndlər ləğv edilsin;

1.2.5. 3.1.16-cı yarımbənddə “bölməsinə” sözü “bölmələrinə” sözü ilə əvəz edilsin;

1.3. 4.3-cü bənddə “3 (üç)” sözləri “4 (dörd)” sözləri ilə, “2 (iki)” sözləri “3 (üç)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 sentyabr 2026-cı il

Nəşr edilib : 11.09.2026 17:23