NAXÇIVAN :

25 Noyabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 oktyabr tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

...

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 oktyabr tarixli 161 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 10, maddə 595 (Cild I) ilə təsdiq edilmiş “Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və ya meşə fondundan istifadə nəticəsində bu Qaydanın 4-cü hissəsi ilə müəyyən edilmiş hallarla bağlı meşə təsərrüfatına dəyən zərər və itkilər tam şəkildə ödənilməlidir.”.

2. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. Meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və ya meşə fondundan istifadə nəticəsində meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli, “Respublika meşələrində əsas meşə və kol cinslərinin yeni köküstə buraxılış nırxlarının təsdiq edilməsi haqqında” 1994-cü il 24 avqust tarixli 312 nömrəli qərarları və 2000-ci il 15 mart tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Meşələrin iqtisadi qiymətləndirilməsinin Metodikası”na uyğun olaraq tənzimlənir.”.

3. 5-ci hissə aşağıdakı məzmunda verilsin:

“5. Bu Qaydanın 4-cü hissəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilərə görə hesablanmış məbləğin təqsirkar fiziki və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ziyanın miqdarı ilə bağlı qərar (hesabat sənədi ilə birlikdə) təqsirkar olan fiziki və hüquqi şəxslərə şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. Meşə təsərrüfatına dəymiş ziyanın ödənilməsi təqsirkar fiziki və hüquqi şəxslər üçün məcburidir, bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.”.

4. 6-cı hissədə “və Azərbaycan Respublikası Meşə Məcəlləsinin pozulması ilə əlaqədar” sözləri “, və ya meşə fondundan istifadə nəticəsində” sözləri ilə əvəz edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 23 noyabr 2024-cü il

Nəşr edilib : 25.11.2024 09:50