NAXÇIVAN :

20 Oktyabr 2026, Çərşənbə axşamı

ARDNF-nin neft-qaz gəlirləri 11 faizdən çox artıb

...

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri əvvəlki illə müqayisədə 11,5 faiz artaraq 8 milyard 740,6 milyon manat olub.

"Şərq qapısı" ARDNF-in 2026-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair hesabatına istinadən xəbər verir ki, mənfəət neftinin və qazın satışından 7 milyard 343,9 milyon manat (3,9 faiz artım), bonus ödənişləri və tranzit gəlirləri 0,9 milyon manat, akrhesabı ödənişlərdən 4,9 milyon manat (1,4 dəfə artım), “Cənub Qaz Dəhlizi” QSC-nin dövlətə məxsus payın satışından daxilolmalarından 1 milyard 390,9 milyon manat gəlir əldə edilib.

Nəşr edilib : 20.10.2026 11:46